BANK

Azərbaycana pul köçürülməsi yarıbayarı azalıb
14 NOYABR
293

Azərbaycana pul köçürülməsi yarıbayarı azalıb

2016-11-14 08:49:00

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,7%, 2014-cü ilin ilk 3 rübünə nisbətən isə 49,4% azalıb.
Fins.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik pul siyasəti icmalında bildirilib.
İcmala əsasən, 2016-cı ilin ilk 9 ayı ərzində ölkəyə xaricdən 586 mln. ABŞ dolları məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk 9 ayında 897 mln. dollar, 2014-cü ilin ilk 9 ayında isə 1,159 mlrd. dollar təşkil edib.
Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.

Mənbə: report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272