BANK

Patalada maliyyə sabitliyi müzakirə edilib
12 NOYABR
814

Patalada maliyyə sabitliyi müzakirə edilib

2016-11-12 11:43:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının Makroiqtisadiyyat üzrə Texniki Yardım Missiyasını qəbul edib.

Palatadan fins.az-a verilən məlumata görə, ölkədəki makroiqtisadi durum və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə ölkə iqtisadiyyatının əsas meylləri müzakirə edilib.

Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan Naoko Kojo Dünya Bankının bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirdi.

Görüşdə, əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımların müzakirəsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275