BANK

Beynəlxalq Bankın vəziyyəti - MƏLUM OLDU
11 NOYABR
2428

Beynəlxalq Bankın vəziyyəti - MƏLUM OLDU

2016-11-11 17:52:00

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2016-cı ilin 1-ci yarısını 322 milyon 804 min manat zərər ilə başa vurub. Ötən ilin anoloji dövründə Bankın zərəri 196 milyon 929 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ABB-nin zərəri 1,6 dəfədən çox azalıb.

Fins.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında ABB 223 milyon 807 min manat faiz gəliri əldə edib (ötən ilin anoloji dövründə 359,4 milyon manat olmuşdu). Bankın  xərci isə gəlirindən çox olduğundan faiz əməliyyatları üzrə 65 milyon 567 min manat zərər edilib. Bank – qeyri faiz əməliyyatlarında da zərər edib: 96 milyon 167 min manat.

Bankın əməliyyat zərəri 161 milyon 734 min manat  təşkil edib. Əməliyyat xərclərinə və mənfəət vergisinə görə, Bankın zərəri 322 milyon 804 min manata çıxıb.

AKTİVLƏRİ ARTIB

30 İyun 2016-cı il tarixinə ABB-nin cəmi aktivləri 14 milyard 192 milyon 380 min manat təşkil edib. Bank ötən ilin sonunda 13 milyard 657 milyon 275 min manat cəmi aktivə malik idi.

Bank hesabat dövrünün sonunda 13 milyard 623 milyon 433 manat cəmi öhdəliklərə və 568 milyon 947 min manat cəmi kapitala malik olub.

Hesabatla daha ətraflı buradan tanış ola bilərsiniz.

abb1
abb1
abb2
abb2

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274