BANK

Banklar borclu müştərilərini belə hədələyir – FOTO
11 NOYABR
9360

Banklar borclu müştərilərini belə hədələyir – FOTO

2016-11-11 11:01:00

Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb. Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Ekspert həmin hədələrə dair nümunə də göstərib: "Bu yaxınlarda mənə müraciət edən və bank tərəfindən ona göndərilən "hədə" sms-i ilə də tanış olanda bəzi bank əməkdaşlarının "iş prinsipləri" daha aydın bəlli olur". \

İqtisadçı qeyd edib ki, bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu sivil və qanunvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır: "Hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir. Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz".

V.Bayramov bank tərəfindən hədələnən şəxslərə maraqlı çıxış yolu tövsiyə edib: "Əgər borcunuz varsa və bank sizə bu yollarla təzyiq edirsə, daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz. Mövcud qanunvericilik sizə belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir. Bununla da hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu, həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollarla istəmək vərdişi aşılaya bilər".

Mənbə: Milli.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272