BANK

"Aqrarkredit" Beynəlxalq Bankın problemli aktivlərini satacaq
11 NOYABR
306

"Aqrarkredit" Beynəlxalq Bankın problemli aktivlərini satacaq

2016-11-11 09:04:00

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli aktivlərini satmağa və kənar idarəçilərə verməyə hazırlaşır. Bu barədə BOKT-a istinadən xəbər verilir.

Məlumata görə, bu məqsədlə Nazirlər Kabinetinin 22 iyul 2016-cı il tarixli qərarı ilə yaradılmış Müsabiqə Komissiyasının qərarı ilə aktivlərin qiymətləndirilməsi üçün aşağıdakı şirkətlər seçilib:

- "PricewaterhouseCoopers Azerbaijan";

- "Deloitte Azerbaijan";

- "Ernst & Young Azerbaijan";

- "Nexia EA" MMC;

- "RSM Azerbaijan";

- "BDO Azerbaijan";

- "Koneko Group" MMC;

- "Real Prays" MMC;

- "VETO Consulting" MMC.

Müsabiqə Komissiyası, həmçinin satış üçün hərrac təşkilatlarının seçimini başa çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275