BANK

70 ildir bitməyən lənət: DOLLAR QITLIĞI
10 NOYABR
2367

70 ildir bitməyən lənət: DOLLAR QITLIĞI

2016-11-10 17:54:00

İkinci Dünya Müharibəsi bitər-bitməz iqtisadi lüğətlərə yeni ifadə daxil oldu: “dollar qıtlığı”.

Bu dövrdə Avropa ölkələri həm müharibənin vurduğu zərərlərlə, həm də sənayenin inkişafına mane olan xarici təsirlərlə mübarizə aparırdı. Belə bir zamanda yenidənqurmanın yeganə təminatçısı ABŞ idi. Yəni, ABŞ dolları olmasa, Avropa ölkələrinin ixraclarını genişləndirməsi mümkün deyildi.

Məhdud dollar və ya qızıl ehtiyatlarına sahib olan, eləcə də, ixrac gəlirlərindən dollar qazanma ehtimalı az olan bu ölkələr cari hesab kəsrlərini örtmək üçün digər ölkələrdən məhsul idxalını sıxışdırmaq metoduna əl atdılar. Onlar düşünürdü ki, idxal üzərində tətbiq etdikləri bu təzyiq ABŞ-dan kapital idxalı üçün onlara şərait yaradacaq.

Lakin geniş spektrdə kapital üzərində güclü nəzarətin olması, rəsmi valyuta məzənnələrinin ABŞ dollarından asılı olması və əsasən də, eyni taktikanın çox sayda ölkə tərəfindən tətbiq olunması paralel valyuta bazarının canlanmasına səbəb oldu. 1950-ci illərin əvvəllərində Avropa ölkələrinin əksərində və eləcə də, Yaponiyada qara bazarların mənfəəti ən yüksək həddinə çatdı.

Müharibədən 70 il ötməsinə, kapital hərətinin sərbəstləşməsinə və valyuta məzənnələrinin elastikləşməsinə baxmayaraq,  hələ də “dollar qıtlığı” ifadəsi öz aktuallığını qoruyur (baxmayaraq ki, bəzi hallarda bu vəziyyət həm də töhfəvericidir). Afrika, Orta Şərq, Mərkəzi Asiya və Latın Amerikası ölkələri 2012-ci ildən indiyə qədər mövcud olan neft və istehlak mallarının qiymətlərindəki qeyri-müəyyənliyin təsirləri ucbatından ağır iqtisadi vəziyyətlə üz-üzədirlər.

  • Dollardan aslılıq necə artdı?

Çinin investisiya siyasətinin təsirilə, 2000-ci illərin əvvəllərində neft və istehlak məhsullarının qiymətlərində baş verən uzunmüddətli və böyük artım ixracçıların çoxunun valyuta ehtiyatlarının sürətlə artmasına səbəb oldu. Bu ehtiyatların böyük bir hissəsi dollarda, yaxud ABŞ xəzinədarlığının qiymətli kağızlarında saxlanılırdı. “Bonanza” yəni, bolluq illəri deyə tanınan bu dövrlərdə mərkəzi bankların üzləşdikləri əsas problem valyuta kurslarına boyun əymək idi. Həmin illərdən başlayaraq ölkələrin çoxu öz milli valyutalarının dollardan tamamilə asılı olmasının əsasını qoydular.

Daha dəyişkən valuta kursuna sahib olan Braziliya, Rusiya, Kolumbiya kimi ölkələr üçün istehlak mallarının və  neftin qiymətlərinin dəyişməsi valyuta kurslarındakı dalğalara səbəb olmuş və onlar valyuta ehtiyatlarının sürətlə azalmasının qarşısını almaq üçün daha ciddi məzənnə tədbirləri görmüşdülər. Qiymətlərin azalmaqda davam etməsi kapital axını üzərindəki nəzarəti gücləndirmiş və milli valyutaların dollardan asılılığının azaldılması tədbirləri görülmüşdür. Qeyri-qanuni valyuta ticarəti həyata keçirənlərə xəbərdarlıq edilməsi, cərimə və ya həbs edilməsi hələ də müvəffəqiyyətli nəticələr verməmişdir.

Dollar qıtlığı problemi hal-hazırda Misir, Nigeriya, Anqola, İran, Özbəkistan və Cənubi Sudanda digər ölkələrə nisbətən daha kəskin hal alıb. 2012-ci ildə sabit valyuta məzənnəsinə keçən Myanmarda qara bazar daha da güclənib. Fenomen getdikcə daha da geniş və mürəkkəb hal alsa da, əsasən, daha ağır vəziyyətlər  haqqında düşünmək lazımdır.

  • Vəziyyət 2008-lə müqayisədə daha da aktualdır

Məsələnin aktuallığını görmək üçün elmi yazıların mövzularını nəzərdən keçirmək kifayətdir: 2000-ci ildən bu yana yazılan məqalələrdə “qara bazar”, ”dollar qıtlığı”, ”paralel bazar” ifadələri getdikcə daha çox istifadə olunmaqdadır. Araşdırmalar göstərir ki, 2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra bu problem daha da dərinləşmiş, 2014-cü ildən başlayaraq isə, daha sabit xətlə artmışdır.

dollar
dollar
  • İdxala məhduduiyyət nə ilə nəticələndi

Üzən məzənnəyə keçmək Nigeriya kimi ölkələrdə də qara bazarın mənfəətini azalda bilmədi. Misir, Venezuela və Sub-Sahara Afrika ölkələrində dollar qıtlığı ərzaq qıtlığını da bərabərində gətirdi. İdxal məhsulları ilə ərzaq təminatını həyata keçirən bu ölkələr məcburən idxala məhdudiyyətlər qoymalı oldular ki, bu da qara bazarı canlandıraraq əhalini dərin təhlükəyə saldı.

Marshall planı post-müharibə Avropasında dollar qıtlığı probleminin həllinə yönəlmişdi. Müasir dövrdə ona ekvivalent ola biləcək bir metod hələ ki, tapılmayıb. Bu şərtlər daxilində 1980-ci illərdəki kimi BVF-nin yardımlarına üz tutmaq hələ ki, ən ağlabatan variantdır.

bbn.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275