BANK

Mərkəzi Bankın notları – SATILMADI
10 NOYABR
925

Mərkəzi Bankın notları – SATILMADI

2016-11-10 17:00:00

Noyabrın 10-da Bakı Fond Birjasında (BFB)  Azərbaycan Mərkəzi Bankının (AMB) 75 milyon manatlıq notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az-ın məlumatına görə, notların nominal qiyməti 100 manat, tədavül müddəti 27 gün təşkil edib.

Amma satışa çıxarılan 75 milyon manatlıq notlar üçün sifarişlər gözləniləndən qat-qat az olub. Belə ki, hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği isə  26 milyon 718,5 min manat təşkil edib. Başqa sözlə, notlara olan sifariş ümumi həcmin cəmi 35,6%-ni təşkil edib.

.Sifarişlər 98.8879 AZN (14.9948%) və 98.9410 AZN (14.2711%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8879 AZN (14.9948%), orta ölçülmüş qiyməti – 98.8913 AZN (14.8494%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların ödəmə tarixi  dekabrın 7-sidir. Birja ekspertləri notlara tələbatın aşağı olmasını iş həftəsinin qısa olması, banklarda manat kütləsinin azlığı, eləcə də Mərkəzi Bankın not emissiyasının həddən artıq böyük olması ilə izah edirlər. Qeyd edək ki, iki gün əvvəl BFB-də Maliyyə Nazirliyinin Qısamüddətli İstiqrazları yerləşdirilib. Ümumi həcmi 15 milyon manat olan istiqrazlara tələbat təqribən 3 dəfə böyük olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272