BANK

«Bəzi banklar bağlanacaq, dolların bahalaşması davam edəcək» – EKSPERT
10 NOYABR
4537

«Bəzi banklar bağlanacaq, dolların bahalaşması davam edəcək» – EKSPERT

2016-11-10 15:23:00

Azərbaycanda indiyədək bir neçə baankın bağlanmasına baxmayaraq, fəaliyyətini dayandıracaq bankların bundan sonra da artacağı gözlənilir. Dolların manat qarşısında məzənnəsi isə ilin sonunadək daha da yüksələcək. Bu barədə fins.az-ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

- Vüqar müəllim, dolların manat qarşısında yüksəlməsi müşahidə olunur, bu prosesin nə qədər davam edəcəyini düşünürsünüz və sizcə ilin sonuna dollar/manat nisbəti necə olacaq?

- Növbəti dövrdə dollara olan tələbatın artması müşahidə olunacaqdır. Əgər Mərkəzi Bankın müdaxiləsi olmasa təbii ki, dolların manata olan məzənnəsi  növbəti iki ayda da dəyişəcək və dollar yüksələcək. Dolların hansı həddədək yüksəlməsi Mərkəzi Bankın keçirəcəyi siyasətdən asılı olacaqdır. Nəzərə alsaq ki, yay aylarında olan panika nəticəsində Mərkəzi Bank yalnız bir gün ərzində hərraca 300 milyon dollar çıxarmaqla tələbi stabilləşdirə bildi, amma indiki məqamda Mərkəzi Bankın təsir rıçaqları xeyli məhdudlaşıb. AMB-nin valyuta ehtiyatları 16 milyarddan 4 milyarda qədər azalıb. Məkəzi Bank valyuta ehtiyatlarının 75 faizini son iki ildə itirib. Neft Fondu isə dekabr ayında transferlərin həcmini azaldacaq. Çünki artıq hətta ixtisar edilmiş öhdəliyini yerinə yetirmiş olacaq. Bu baxımdan hərraca çıxarılan dollar azalacaq. Əvəzində dollara tələbat artacaq.

- Dollara tələbatın artacağının səbəbi nədir?

- Bu ilin sonu üçün təbi haldır. Çünki idxal artır və bayramlarlarda səfərlərə gedənlər çoxalır. Ən əsası isə dövlət və özəl müəssisələri borc öhdəliklərini bağlayırlar. Xüsusən də dekabr ayında dollara tələb artacaq ki, bu da manatın məzənnəsinin aşağı düşməsinə səbəb olacaqdır. Keçirilən hərracda müşahidə etmək olur ki, manat dollara nisbət də zəifləyir.

Əgər Mərkəzi Bank müdaxilə etməzsə həftədə iki dəfə hər 100 dollarda 1 manat itirən milli valyuta, ay ərzində 8 manat hər 100 dollarda dəyət itirir. Əgər Mərkəzi Bank müdaxilə etməsə və mövcud trendi nəzərə alsaq  hər bir dollar da artım 10 qəpikdir. Belə davam edərsə, ilin sonunadək bazar kursu 1,90-a kimi yüksələ bilər.

Əgər ilin sonuna kimi Dövlət Neft Fondu  və Mərkəzi Bank  hərraclara əlavə vəsait  çıxartmazsa və intensiya azalarsa kursun daha yüksək ola bilməsini demək olar. 

- Hazırda ən çox müzakirə olunan məsələlərdən biri də bank sektorunda əlavə çökmələrin olub-olmayacağıdır. İndiyədək bir neçə bank fəaliyyətini dayandırıb. Bu prosesin davam edəcəyini gözləyirsiniz?

- Böyük ehtimalla Maliyya Bazarına Nəzarət Palatası ilin sonuna dək çalışacaq ki, bankların bağlanmasın və müflisləşməsi baş verməsin. Çünki bankların müflişməsi əlavə öhdəlik deməkdir və yalnız Bank Standarta görə Əmanətlərin Sığortalanması fondu 400 milyon manat ödəyib. Təbii ki, bu öhdəlikdir.

Amma reallıq da ondan ibarətdir ki, öz funksiyalarını yerinə yetirə bilməyən banklar var və onlar hətta bəzi hallarda nəinki, depozit, hətta cari hesablardakı pulunu ödəməkdə çətinlik çəkirlər. Növbəti dövrdə bankların ya müflisləşmək  ya da birləşmək yolu ilə saylarının azalmasının şahidi olacayıq. Növbəti 3 ildə bankların sayının indiki 32-dən 20-dək azalacağını demək olar. Daha yaxşı olar ki, bu bankların birləşməsi yolu ilə baş versin.

- Güclü bankların sayı nə qədərdir?

Hal-hazırda təxminən 7 bankın daha dayanaqlı olduğunu demək olar. Bu banklar stress tesdən keçmək imkanına malikdirlər. Digər orta banklar var onlar stress tesdən keçmək ehtimalı az olan banklardı.

- Ötən gün ABŞ-da prezident seçkilərinin nəticələri açıqlandı. Seçkilərdə Respublikaçılar Partiyasının namizədi, məşhur iş adamı Tramp prezident seçilib. Bu dəyişiklik Amerika- Azərbaycan əlaqələrinə nə vəd edir?

- Trampın seçilməyi dünya birjalarında bir şok yaratdı. Amma bu şok praktik olaraq aradan qalxıb. Demək olar ki, qısa müddətli şok oldu. Trampın ilk çıxışından sonra maliyyə bazarlarında birjalarda Amerika Birləşmiş Ştatlarının siyasətində kəskin dəyişikliyin olmayacağı bəlli oldu. Bu da birjaları stabilləşdirdi. O ki qaldı iqtisadi əlaqələrə, nəzərə alaq ki, ABŞ prezidentinin iqtisadi məsələlərə təsiri məhduddur. Digər ölkələrlə müqayisədə ABŞ iqtisadiyyatı daha liberal olduğu üçün prezident administrasiyasının müdaxilə imkanı bir qədər azdır. Güman etmirəm ki, onun seçilməsi ABŞ iqtisadiyyatında kəskin dəyişikliklərə gətirib çıxardacaq. Amma qeyd edək ki, Azərbaycanın Respublikaçılar partiyası ilə əlaqələri daha yaxşıdır. Hətta əvvəlki, illərin təhlili göstərir ki, Respublikaçıların hakimiyyəti dövründə Azərbaycanın ABŞ iqtisadi əlaqələri daha yaxşı olub. O baxımdan güman olunur ki, Respublikaçıların hakimiyyətə gəlməsi Azərbaycan Amerika iqtisadi əlaqələrinin yaxşı istiqamətdə olacağını demək olar.

- Respublikaçılar daha çox hansı sahəyə yatırım edirlər?

- Respublikaçıların biznes maraqları Demokratlarla müqayisədə daha üstündür. Respublikaçılar praktik olaraq daha çox investisiya imkanlarnı nəzərə alırlar və iqtisadiyyatın fərqli sahələrində yatırım edirlər. Bu baxımdan həm hərbi, həm avtomobil qayırmada, həm də enerji sektorunda Respublikaçıların kifayət qədər payı var.

- Trampın seçilməsi dünya bazarında neftin qiymətinə necə təsir edəcək? 

- Neftin qiyməti  yalnız Amerikadan asılı deyil. Hələlik növbəti aylar da neftin qiyməti dəyişməyəcək. Tramp Ağ Evə gələnədək neftin qiyməti olduğu kimi qalacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272