BANK

Azərbaycanda maliyyə məsuliyyəti dəyişməlidir – DÜNYA BANKINDAN TƏKLİF
10 NOYABR
464

Azərbaycanda maliyyə məsuliyyəti dəyişməlidir – DÜNYA BANKINDAN TƏKLİF

2016-11-10 13:12:00

Azərbaycanda 100 minə yaxın hüquqi şəxs qeydiyyatdadır. Fins.az xəbər verir ki, onların 67 mini məhdud məsuliyyətli müəssisələrdir. Əlbəttə, maliyə şəffaflığı baxımından açıq səhmdar cəmiyyətlərə üstünlük verilsə də, ölkədə MMC-lərin üstünlük təşkil etməsi daha qabarıq görünür. 

Həyat rəqəmlərin düzgün ifadə olunmasıdır

Tədbirin təşkilatçısı Rüfət Mahmudun fikrincə, hesabatlılığın düzgün aparılması müəssisələrin işinə birbaşa təsir göstərir. Çünki maliyyə məsələlərini öz üzərinə götürməyən sahibkarı sonda uğursuzluq gözləyir. Mühasibatların peşəkarlığının yüksəldilməsi də bu istiqamətdə ən mühüm işlərdən biridir. Maliyyə Nazirliyinin Maliyyə Elm Tədris Mərkəzinin direktoru Elman Hüseynov hesab edir ki, əmək bazarında mühasiblərin sayı azdır və ana dilində keyfiyyətli təlim sistemi qurulur.   

Mühasib qıtlığı var 

Fins.az bildirir ki, bugün maliyyə şəffaflığının qurucuları olan mühasiblər Mühasiblərin I Forumunda bir araya gəliblər. Forumda səslənən fikirlərdən görünür ki, Azərbaycanda heqq-hesabını daimi və peşəkarcasına izləyən sahibkarlar azlıq təşkil edir. Çünki 10 milyon əhalisi olan ölkəmizdə cəmi 40 min mühasib var. Halbu ki, 5 milyon əhalisi ilə  Avstriyada 33 min peşəkar mühasib çalışır. Auditorlar Palatası sədrinin müşaviri Nəcəf Talıbov hesab edir ki, mühasib nə qədər peşəkar olarsa, risklər bir o qədər az olur. Əmək bazarında isə peşəkar mühasiblər azdır və bu sahədə milli kadrlara böyük tələbat var.  

Maliyyə hesabatlılığı üzrə məsuliyyəti idarə heyəti daşısın 

Real təkliflər isə xarici mütəxəssisdən gəldi. Dünya Bankının Baş Maliyyə mütəxəssisi Con Hoc Azərbaycana yönəlik bəzi təkliflərlə çıxış etdi. O, ilk növbədə kiçik və orta bznesin maliyyə hesabatı verməsi ilə bağlı tələbi götürməyi təklif etdi. Con Hoc hesab edir ki, bu hesabatlıq tələbi olduqca müxtəlif məqsədli yayınma halları da yüksəlir. Bundan başqa, maliyyə hesabatlılığı üzrə məsuliyyət şirkətdəki menecerlərin üzərində yox, məhz idarə heyətinin cavabdehliyində olmalıdır. Bu halda hesabatlara inam və etimad da yüksək olar. Nəticələr isə təbii ki, investisiya qoyuluşlarına xidmət edir.  Con Hoc: “Bizneslər aktivlərinə görə dəyərləndirilir. Hazırda böyük şirkətlərin dəyərləndirmələri ilə balansları arasındakı fərq kəskindir”.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275