BANK

"Turanbank"ın səhmdarlarının sayı artıb
08 NOYABR
477

"Turanbank"ın səhmdarlarının sayı artıb

2016-11-08 17:45:00

"Turanbank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik baş verib. 

Fin.az-ın verdiyi xəbərə görə, bu, bankın nizamnamə kapitalının təqribən 10% və ya 5 mln. manat artırılaraq 55 mln. manata çatdırılmasından sonra olub.

Beləliklə, "Turanbank"da səhmdarı olan 6 hüquqi şəxsin bankın kapitalındakı payı 29,2%-dən 28,4%-ə qədər azalıb, əvəzində fiziki şəxslərin payı 70,8%-dən 71,6%-ə yüksəlib. 

Onu da qeyd edək ki, kapital artımına qədər bankın səhmdarı olan fiziki şəxslərin sayı 20 olub, əlavə səhm emissiyasının yerləşdirilməsi nəticəsində onların sayı 21-ə çatıb. Son nəticədə "Turanbank"ın səhmdarlarınımn sayı 26-dan 27-yə yüksəlib. 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272