BANK

10 bankın əmanətçilərinə verilən kompensasiya – SON RƏQƏM
08 NOYABR
417

10 bankın əmanətçilərinə verilən kompensasiya – SON RƏQƏM

2016-11-08 11:53:00

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb. 

Fonddan Fins.az-a verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 756 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 242 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 26 mln. 925 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 16 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 124 mln. 939 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 179 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min manat, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 394 mln. 613 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 680 mln. 760 min manatdan artıq kompensasiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270