BANK

Bankomatlar və pos-terminalların sayı azalıb
07 NOYABR
166

Bankomatlar və pos-terminalların sayı azalıb

2016-11-07 15:18:00

2016-cı il oktyabrın 1-nə Azərbaycanda banklar tərəfindən 2,545 min ədəd bankomat quraşdırılıb ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 5,6 % azdır. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Oktyabrın 1-nə Bakıda 1,398 min ədəd (azalma 6,9%), regionlarda 1,147 min ədəd bankomat (azalma 3,8%) quraşdırılıb.

AMB-nin məlumatına görə, yanvar-sentyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında artım müşahidə olunub. Xüsusilə sentyabr ayının əvvəlinə onların sayı 74,404 min ədəd (azalma 7,4%) təşkil edib. Həmçinin, cari ilin sentyabr ayında banklar ticarət və xidmət obyektlərində pos-terminalların sayı 5,9% artıb.

Bununla yanaşı, Bakıda 41,648 min ədəd (azalma 14,9%), regionlarda 32,756 min ədəd (artım 4,4%) pos-terminal mövcuddur.

Pərakəndə ticarət obyektlərində 73,477 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,7%-i quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272