BANK

Faktorinq portfeli gözləntiləri 36 dəfə üstələyib
07 NOYABR
230

Faktorinq portfeli gözləntiləri 36 dəfə üstələyib

2016-11-07 14:43:00

Maliyyə sektorunda faktorinq portfelinin həcmi artır. Fins.az bildirir ki, PAŞA Bankın faktorinq portfeli üzrə göstəricisi gözləntiləri dəfələrlə aşaraq oktraybr ayının sonlarına 85 mln AZN təşkil edib. Hazırda bank faktorinq xidmətinin 3 tipini təklif edir: diskoint, faktorinq və debütorların müaliyyələşdirilməsi.

Xatırladaq ki, faktorinq xidmətini keçən ilin ortasından təklif edən PAŞA Bank bu sahədə inkişafın davamlı olacağını düşünür. Bankın Baş Maliyyə inzibatçısı Xəyalə Nağıyevanın sözlərinə görə, bu xdimət üzrə mütləq hər iki tərəf şəffaf çalışmalı, müqavilələrin və hesab-fakturaların şərtlərini açıqlamalıdırlar. PAŞA Bank birinci il 1 milyon həcmində portfel nəzərdə tutsa da portfel gözləntilərdən dəfələrlə çox olub.  “Bu, hər iki tərəf üçün lazım olan bir məhsuldur. İki tərəf arasında alqı-satqı müqaviləsi varsa və ödəniş 3 ay təşkil edirsə, 1 ay ərzində də ödəniş etmək mümkündür. Amma maliyyə şəffaflığı, əməliyyatın hüquqi bazası baxımından bütün müştərilərə bu məhsulu şamil edə bilmirik. 2016-cı il iyun ayına olan göstəriciyə görə, hədəfi dəfələrlə üstələmişik və portfel 36 milyona yüksəlib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270