BANK

Özəl kredit bürosunun səhmdarı olmaq istəyən qurumlarının sayı 20-yə çatdı
07 NOYABR
112

Özəl kredit bürosunun səhmdarı olmaq istəyən qurumlarının sayı 20-yə çatdı

2016-11-07 11:17:00

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha biri ölkədə yaradılması gözlənilən ilk özəl kredit bürosunda pay almaq üçün Azərbaycan Banklar Assosiasiyasına (ABA) müraciət edib. Bu barədə ABA-dan bildirilib.

Məlumata görə, söhbət "Amrahbank" ASC-dən gedir. Bununla da büronun səhmdarı olmaq istəyən bankların sayı 18-ə çatıb. Digər banklar "Accessbank", "AFB Bank", "AGBank", "Atabank", "Bank Avrasiya", "Bank of Baku", "Bank Respublika", "Expressbank", "Kapital Bank", "Muğanbank", "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turanbank", "Unibank", "Yapı Kredi Bank (Azərbaycan)" və "Zıraat Bank (Azərbaycan)" ASC-lərdir. Bundan başqa, "TBC Kredit" MMC bank olmayan kredit təkilatı və "PAŞA Sığorta" ASC də büroda pay almaq niyyətini bildirib.

"Çox güman ki, ilk özəl kredit bürosunda Azərbaycan tərəfinin payı bu maliyyə qurumları arasında bərabər bölünəcək", - deyə ABA-dan qeyd ediblər.

Xatırladaq ki, büronun nizamnamə kapitalının 2,2 mln. avro olması nəzərdə tutulub. Bu məbləğin 51%-ni və yaxud 1,122 mln. manatını İslandiyanın "Creditinfo" şirkəti təmin edəcək. Qalan 49%-lik hissəni və yaxud 1,078 mln. manatı isə Azərbaycandakı payçılar ayıracaq.

Qeyd edək ki, Milli Məclis oktyabrın 28-də "Kredit büroları haqqında" qanun layihəsini II və III oxunuşda qəbul edib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272