BANK

Beşinci aydır ki, ipoteka krediti verilmir
07 NOYABR
304

Beşinci aydır ki, ipoteka krediti verilmir

2016-11-07 10:23:00

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 70,2 dəfə azdır. Bu barədə  Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Bununla belə, may-avqust aylarında olduğu kimi, sentyabr ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib.

AMB-nin məlumatına əsasən, yanvar-sentyabr aylarında AİF 31,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (azalma 57,1%).

Yanvar-sentyabr aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 36,7 mln. manat alıb.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

2015-ci ildə AİF-in agent bankları 97,2 mln. manat məbləğində ipoteka krediti veriblər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275