BANK

Azərbaycanda əmanətlərdə dollarlaşma dərəcəsi artıb
07 NOYABR
396

Azərbaycanda əmanətlərdə dollarlaşma dərəcəsi artıb

2016-11-07 10:15:00

Azərbaycanda əhalinin bank əmanətlərinin strukturuna görə, dollarlaşma dərəcəsi oktyabr ayının 1-nə 81,75% təşkil edib. Keçən ay bu göstərici 81,6% olub. İlin əvvəlində əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 75,7% təşkil edib.

Cəmi depozit bazasında oktyabrın 1-nə dollarlaşma dərəcəsi 78,64% olub. Keçən ay bu göstərici 81,04%, ilin əvvəlində 81,6%, 2015-ci ilin analoji dövründə isə 75,41% təşkil edib.

Kreditlərin strukturunda isə bu il oktyabrın 1-nə dollarlaşma dərəcəsi 47,29%, sentyabrın 1-nə 48%, ilin əvvəlində 49,4%, ötən ilin analoji dövründə 44,11% olub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270