BANK

Problemli kreditlərin həcmi – REKORDA YÜKSƏLDİ
07 NOYABR
1591

Problemli kreditlərin həcmi – REKORDA YÜKSƏLDİ

2016-11-07 09:04:00

Azərbaycanda problemli kreditlərin həcmi növbəti dəfə rekord həddə çatıb. Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı son məlumatlara görə, sentyabrın sonuna ölkə üzrə problemli kreditlərin həcmi 1 milyard 597,3 milyon manat olub. Bu, bankların ümumi portfelinin 9,5%-i deməkdir.

Sentyabr ayında problemli kreditlənin həcmi daha 4,4 milyon manat artıb. 

İlin əvvəli ilə müqayisə etdikdə problemli kreditlərin həcmi 88,8 milyon manat, son bir ildə isə problemli kreditlər  243,5 milyon manat artıb. 

Problemli kreditlərin ümumi kredit portfelində həcmi də artıb. Belə ki, bir il əvvəl belə borcların payı 7,1%, ilin əvəlində isə 6,2% təşkil edirdi. Başqa sözlə, indiyədək aparılan restrukturizasiya tədbirlərinə baxmayaraq bankların problemli kreditlərinin həcmi yenidən artmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272