BANK

Bank kreditləri azalmaqdadır - YENİ RƏQƏMLƏR
06 NOYABR
1262

Bank kreditləri azalmaqdadır - YENİ RƏQƏMLƏR

2016-11-06 09:55:00

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənni bank sektoru ilə bağlı bəzi göstəriciləri açıqlayıb. Fins.az-ın AMB-ə istinadən məlumatına görə, həmin göstəricilərə əsasən  banklarda kreditlərin azalması müşahidə edilir.

Belə ki, sentyabrın sonuna Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları 16 mlrd. 274 mln. manat həcmində olub. Bu bir ay əvvəlki göstəricidən 54 milyon manat və ya 0,33% azdır. 

Xəbər verildiyi kimi, 31 dekabr 2015-ci ilə Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları 21 mlrd. 164,5 mln. manat təşkil edib. Beləliklə, cari ilin 9 ayı ərzində bankların kredit qoyuluşları 23,1% azalıb.

Son iki il ərzində isə ölkədə kredit qoyuluşlarının kəskin azalması müşahidə olunur. Dogrudur, 2015-ci ildə manatın iki dəfə devalvasiyası nəticəsində, Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları manat ifadəsində 17,4% artıb. Amma artım əslində dolların bahalaşmasından sonra dollar kreditlərinin manatla daha böyük məbləğə çevrilməsinini nəticəsidir. 

Tarix

mln. AZN

01.10.2016

16274,0

01.09.2016

16328.6

01.08.2016

16202,3

01.07.2016

17885.4

01.06.2016

17648,3

01.05.2016

18209,8

01.04.2016

19091,5

01.03.2016

19731,9

01.02.2016

20603,9

01.01.2016

21164,5

01.12.2015

18178,3

01.11.2015

18000.4

01.10.2015

18527.5

01.09.2015

19509.8

01.08.2015

19601.5

01.07.2015

19697.9

01.06.2015

19877.6

01.05.2015

20004.8

01.04.2015

20072.8

01.03.2015

20137.7

01.02.2015

18020.3

01.01.2015

18017.4

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272