BANK

2017-də hansı valyutalar necə dəyişəcək? – SİYAHI
04 NOYABR
1997

2017-də hansı valyutalar necə dəyişəcək? – SİYAHI

2016-11-04 14:46:00

Artıq 2-ci ildir ki, dünyanın valyuta birjalarında baş verən dəyişikliklər və onların bazarı təsirini həm biznes, həm də adi şəxslər hiss edirlər. Bu proseslərin gələn il də davam edəcəyini deməyə əsas var. Bəs gələn il əsas valyutalar necə dəyişəcək? Fins.az xarici mətbuata istinadən dünyanın əsas valyutalarının dəyişməsi ilə bağlı proqnozları təqdim edir.  

Dollar

Dollar gələn il qiymətdə artım göstərəcək. Fins.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb Federal Rezerv Sisteminin tədricən (FED) uçot dərəcəsini artırmağa davam etməsidir. Valyuta bazarının analitiklərinin gəldiyi qənaətə görə, 8 noyabrda baş tutacaq prezident seçkiləri dollar üçün qısamüddətli risklər yaradır. Lakin ekspertlərin dediyinə görə, son həftələrdə valyuta bazarında dəyişikliklərin əksəriyyəti artıq keçilib. Bundan başqa, dollar 9 aylıq maksimuma çataraq oktyabr ayında 3% artıb. Analitiklər dekabr ayında il ərzində ilk dəfə olaraq FED-in axır ki, faiz dərəcəsini artıracağını gözləyirlər.

Avro

Ümümuyyətlə, 2017-ci il üçün avronun qiyməti 2016-cı ilin əvvəlində olduğu kimi $1,09 ətrafında olacaq. 12-aylıq proqnozların diapozonu $0,95-dən $1,20-dək artım nümayiş etdirəcək. Analitiklərin əksəriyyətinin fikrincə, risklərin təsiri nəticəsində kurs tavan həddinə çata bilər. Artıq bu həftə ərzində bir neçə dəfədir ki, valyuta spekulyantları da dollar üzrə faizlərini yüksəldirlər.

Yen

Yapon yenası zəifləməsi haqda çoxsaylı proqnozları təkzib edərək, dollara qarşı 12% möhkəmləndi. BMO-nun son proqnozlarına əsasən, yena dollara qarşı gələn il ərzində 1,3%  itirərək 106,3 bərabər olacaq. Xatırladaq ki, həftənin əvvəlində yena 105,0 JPY/USD təşkil edib. 

Funt

Böyük Britaniyanın “Brexit” qərarından dərhal sonra funt sterlinq dollara qarşı 20% itirib. Qərarın həyata keçirilməyə başlayanda funt daha 5% itirəcək. Hazırda funt sterlinq 6,1% enərək kəskin ucuzlaşıb. 

Yuan 

Ekspertlər ən bədbin proqnozu Çin yuanı ilə bağlı səsləndirirlər. Qarşıdakı 12 ay ərzində yuan minimuma düşə bilər.  Çin valyutasının dolların möhkəmlənməsinə məhz belə reaksiya verəcəyi gözlənilir. Artıq yuanın məzənnəsi 6 aylıq minimumunu yeniləyib. Eyni zamanda hind rupisinin də kəskin ucuzlaşacağı proqnoz olunur. Təkcə bu il yuan dollara qarşı 4% ucuzlaşıb və bu neqativ tendensiya 2015-ci ilin avqustundan aktualdır. Oktyabr ayında isə yuan dollara qarşı 1,5% dəyərini itirib. 2017-ci ilin yanvar ayı üçün proqnozlaşdırılan məzənnə 6,8  CNY/USD-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275