BANK

“Daha bir bank bağlanacaq” xəbərinə – RƏSMİ MÜNASİBƏT
04 NOYABR
1002

“Daha bir bank bağlanacaq” xəbərinə – RƏSMİ MÜNASİBƏT

2016-11-04 11:15:00

Mətbuatda daha bir bankın bağlanacağı barədə xəbərlər yayılıb.

Palatanın gündəliyində bir və ya daha çox bankın bağlanması dayanmayıb”. Fins.az-ın məlumatına görə , daha bir bankın bağlanması ilə bağlı mətbuatda səslənən fikirlərə münasibət bildirən Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, hazırda bir  və ya bir neçə bankın bağlanması ilə bağlı Palatada heç bir məsələyə baxılmır: “Bizim əsas məqsədimiz ölkədə maliyyə sektorunun dayanıqlılığına nail olmaqdır. Biz bir neçə bankın lisenziyasını geri çağırdıq və onlarda qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başladıq.Məqsədimiz bankların lisenziyasını geri çağırmaq deyildi. Buna görə də onların səhmdarları ilə  dəfələrlə görüş keçirib çatışmayan kapitalın əlavə edilməsini tələb etdik.

Təəssüf ki, səhmdarlar sahib olduqları bankın müvafiq səviyyədə kapitallaşmasını təmin edə bilmədilər. Bir neçə banklar var idi ki, lazım olan kapital artımını həyata keçirdi. Biz tənzimləyici olaraq “Bank Standard”ın da sağlamlaşdırılmasına cəhd etdik. Amma bu cəhdlər uğursuz olduğundan bankın lisenziyasını geri çağırmağa məcbur olduq. Bu bank üzrə kompensasiya olunmalı olan əmanətlər üzrə 460 milyon manat məbləğində əmanətin 380 milyon manatı ödənilib. Bu təxminən 8600 əmanətçi deməkdir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275