BANK

Aeroportda dollar daha baha satılır
04 NOYABR
1852

Aeroportda dollar daha baha satılır

2016-11-04 10:59:00

Hava limanındakı valyutadəyişmə məntəqələrində ABŞ valyutasını daha baha satır. “Bank Silk Vey”dən fins.az-a verilən məlumata görə, bu gün hava limanında 1 dollar 1.7259 manata satılır. Şəhərdəki filiallarda isə dolların bu günə olan satış qiyməti 1.7200 manatdır. “Bank Silk Vey” hava limanında avronu da baha satır. Belə ki, burada 1 Avropa valyutası 1.9148 manata dəyişdirilir. Halbuki, şəhərin digər yerlərində bu qiymət 1.9100 manatdır. Hava limanında dollar və avronun alı. Qiymətləri isə filiallara nisbətən daha ucuzdur. Belə ki, “Bank Silk Vey” şəhərdə ABŞ valyutasını 1.6590 manata aldığı halda, aeroportda 1.6400 manata alır. Avro isə 1.7800 manata alınır. Şəhərdə bu qiymət 1.9100 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272