BANK

"MasterCard": Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur
04 NOYABR
232

"MasterCard": Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur

2016-11-04 10:18:00

"Hazırda Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur".

Fins.az-ın verdiyi məlumata görə, bu haqda "MasterCard"ın Azərbaycan üzrə meneceri Alper Meriç söyləyib:

"Buna baxmayaraq, ölkə nağdsız ödəmələrin inkişafı üçün böyük potensiala malikdir və artıq sözügedən istiqamətdə uğurlu nəticələr əldə edilib. Bizim Azərbaycana olan inamımız böyükdür. Məhz buna görə, ölkənin rəqəmsal və nağdsız ödənişlərin tətbiqi üzrə regionda lider mövqe tutmasını, “MasterCard”ın ən innovativ texnologiyalarını ilk tətbiq edən ölkələrdən biri olmasını arzulayırıq və bunun üçün öz təcrübəmizi paylaşmağa hazırıq. Şadam ki, Azərbaycanda nümayəndəliyimiz fəaliyyətə başladı. Buradakı fəaliyyətimiz "Nağdsız Azərbaycan" konsepsiyasına əsaslanacaq".

Nağd vəsaitlərin yaratdığı maliyyə yükündən danışan A.Meriç "MasterCard"ın bu istiqamətdə dünyanın bir çox ölkəsində apardığı araşdırmaları vurğulayıb: "Araşdırmalara əsasən, əgər Türkiyə kimi ölkədə bütün ödənişlər 3 il boyunca nağdsız şəkildə aparılarsa, qənaət nəticəsində əldə olunan vəsait hesabına 10 Bosfor körpüsü, 538 xəstəxana və ya 11 dəmir yolu xətti inşa etmək mümkün olar".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272