BANK

Rüfət Aslanlı: “Çəkdiyimiz yolda Formula-1 avtomobilini də sürmək olar”
04 NOYABR
526

Rüfət Aslanlı: “Çəkdiyimiz yolda Formula-1 avtomobilini də sürmək olar”

2016-11-04 10:13:00

“Bu gün biz kapital bazarlarında çox effektiv bir yol çəkmişik. Bu yolda Formula-1 avtomobilini də sürmək olar”.

Bunu Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsinin başa çatması münasibətilə təşkil edilmiş tədbirdə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“İndi əsas məsələ bu avtomobilləri sürəcək pilotların hazırlanmasıdır. Kapital bazarları ilə bağlı çoxlu təşəbbüslər var. Biz bu təşəbbüslər arasında, ilk növbədə kapital bazarları üçün kadrların hazırlanması məsələsi üzərində dayanacağıq. Bu məsələ bizim üçün kritik əhəmiyyət daşıyır. Ən böyük çətinliyimiz kadr çatışmazlığıdır”,  – o deyib.

Tədbirdə MBNP-nın sədri ilə bərabər, Dünya Bankının nümayəndəsi Rolf Berndt, SECO-nun nümayəndəsi Simon Haberli çıxış edib. Palatanın əməkdaşı Cavid Nəzərov layihə nəticələri barədə təqdimatla çıxış edir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275