BANK

Gələn il Azərbaycan iqtisadiyyatı artacaq
04 NOYABR
300

Gələn il Azərbaycan iqtisadiyyatı artacaq

2016-11-04 08:33:00

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank Reconstruction and Development, EBRD) Azərbaycanda 2016-cı il üzrə resessiya ilə bağlı proqnozunu 3% səviyyəsində saxlayıb. Bu barədə EBRD-nin regional iqtisadi icmalında deyilir.

EBRD Azərbaycanda 2017-ci ildə iqtisadi artımla bağlı proqnozunu 1% səviyyəsində qoruyub. Qeyd edək ki, may ayından etibarən proqnoz bu səviyyədə olub.

"Yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-i ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% azalıb. Qeyd edilən dövrdə neft sektoru üzrə ÜDM 6,1% azalıb. Ötən illərdə iqtisadi artımın əsas drayveri olan sahələrə investisiyaların həcmində də azalma müşahidə olunub. Milli valyutaya inamın artırılması cəhdlərinə baxmayaraq hesabat dövründə manata təzyiqlər davam edib.  İnflyasiya 2015-ci ildəki 4% səviyyəsindən 11,2%-dək artıb ki, buna manatın ucuzlaşması səbəb olub", - deyə sənəddə qeyd edilir.

Mənbə: İnterfax

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271