BANK

Neft Fondunun sentyabr «bazarlığı» – DOLLAR SATIŞI CƏDVƏLİ
04 NOYABR
875

Neft Fondunun sentyabr «bazarlığı» – DOLLAR SATIŞI CƏDVƏLİ

2016-11-04 08:30:00

Dövlət Neft Fondu (DNF) dövlət büdcəsi qarşısındakı öhdəliklərini icra etmək üçün 2016-cı ilin ilk 10 ayında  4 333,8 milyon dollar xərcləyib. Bu vəsait AMB-nin təşkil etdiyi valyuta hərraclarında banklara satılıb. Bu barədə Fonddan fins.-ın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsində Neft Fondunun öhdəliyi 6 milyard manat nəzərdə tutulmuşdu. Sonradan büdcəyə edilən dəyişikliklərdə bu məbləğ 7,6 milyard manata qədər artırıldı.

Bu, hazırki məzənnə ilə fondun təxminən 4,6 milyard dollar satması deməkdir. Başqa sözlə, Fond büdcə qarşısındakı öhdəliyini icra etmək üçün hər ay valyuta hərracına hər ay orta hesabla 383 milyon dollar çıxartmalı idi. 

Amma valyuta bazarındakı vəziyyətdən, xüsusilə də dollara tələbatın artıb-azalmasından asılı olaraq müxtəlif vaxtlarda satılan dollar kütləsi fərqi olub. 

Maraqlıdır ki, ötən 10 ayın 7-də satılan dolların həcmi orta qiymətdən xeyli yüksək olub. Cəmi 3 ay (fevral, aprel və oktyabrda) neft fondu bazarda «norma»dan az dollar satıb Fonddan fins.az-a bildirilib ki, ən çox valyuta satışı bu ilin sentyabr ayında olub. Həmin vaxt bazarı 631,1 milyon dollar atılıb. Xatırladaq ki, məhz bu qədər dolların bazara buraxılması təqribən 1 ay ərzində dolların məzənnəsinn sabitləşməsinə, hətta satış məzənnəsinin 1,72 manatdan 1,59 manatadək enməsinə səbəb olmuşdu. Hərçənd sonrakı proseslər bu halın müvəqqəti olduğunu və problemin hələ də həllini gözlədiyini göstərdi. 

İkinci ən böyük məbləğ ilin əvvəlində hərraca çıxarılıb. 2016- cı ilin yanvar ayında Neft Fondu banklara 593,8 milyon dollar satıb. Əslində bu hal gözlənilən idi – cəmi bir ay əvvəl – 2015-ci ilin dekabrında baş verən devalvasiyadan sonra banklarda dollara kəskin tələb yaranmışdı. Həmin tələbi ödəmək və dollar ajiotajını aradan qaldırmaq üçün bazara böyük həcmdə dollar buraxıldı.

Valyuta satışının minimum məbləği isə fevral ayında olub. Həmin vaxt cəmi 177,5 milyon dollar satılıb.  

Neft Fondunun 2016-cı ildə satdığı dolların aylar üzrə həcmi.

2016

Milyon ABŞ dolları

Yanvar

       593,8

Fevral

       177,5

Mart

       482,3

Aprel

       303,4

May

       431,2

İyun

       449,9

İyul

       449,2

Avqust

       444,4

Sentyabr

       631,1

Oktyabr

       371,0 

Cəmi

    4 333,8

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272