BANK

“AFB Bank” kreditləri bahalaşdırdı
03 NOYABR
543

“AFB Bank” kreditləri bahalaşdırdı

2016-11-03 15:11:00

“AFB Bank” istehlak kreditlərini bahalaşdırıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə,  manat kreditləri üzrə faiz dərəcəsi 1-2 % artırılıb. Belə ki, əvvəlcə bank daxili müştərilərinə (əmək haqqını “AFB Bank”dan alanlara) 24%-lə kredit verirdi. Son bir ayda isə bu müştərilər üçün kreditlər 26%-lə verilir. Adi müştərilər üçün isə kreditlər üzrə fazi dərəcəsi 27%-dən 28-30%-dək artırılıb. Komisyon haqq 1% olaraq qalıb.

Bankdan verilən məlumata görə, şərtlərdə isə hər hansı bir dəyişiklik edilməyib. Yəni, istehlak kreditləri 350 manat əmək haqqı olan zamin və iş yerindən rəsmi arayışla verilir. 

“AFB Bank”dan bildirilib ki, dollarla isə kredit verilmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275