BANK

Mərkəzi Bank dolları «qabaqlamağa» çalışır
03 NOYABR
4221

Mərkəzi Bank dolları «qabaqlamağa» çalışır

2016-11-03 15:01:00

Azərbaycan Mərkəzi Bankı dekabrda Azərbaycanda baş verə biləcək dollar qıtlığına hazırlaşır. Bu məqsədlə bank əlində olan bütün üsulları, o cümlədən, maliyyə alətlərini işə satıb. Dollar qıtlığının mümkün yaranması səbəbi isə ölkənin əsas dollar mənbəyi sayılan Dövlət Neft Fondundan büdcəyə transferlərinin tezliklə başa çatacağıdır. 

Bu ilin sonunadək qalan dövrdə Dövlət Neft Fondunun dövlət büdcəsində qarşısında qalan öhdəliyi təxminən 600 milyon manat təşkil edir.Bu barədə fins.az-a fonddan bildirilib.  

DNF-dan fins.az-a bildirilib ki, 2016-cı ilin ilk 10 ayında (yanvar-oktyabr) fond valyuta hərraclarına 4 milyard 333 milyon dollar çıxarıb. Fondun büdcə qarşısındakı öhdəliklərini yerinə yetirməsi üçün daha 600 milyon ödəməyə ehtiyac var.  Hazırki məzənnə ilə (1 dollar = 1,65 manat) bu təxminən 365 milyon dollar deməkdir. 

İndiyədək keçirilən hərraclarda dollara olan tələbi və satılan dollar həcmini nəzərə alanda bu vəsait bir ayın normasına da çatmır. Belə ki, fondun öz məlumatlarından aydın olur ki, hər ay fond orta hesabla 433 milyon dollar satıb. Başqa sözlə, fonda bu il üçün nəzərdə tutulan məbləğdən qalan 365 milyon dollar ən yaxşı halda noyabr ayının tələbatını ödəyə bilər. Dekabrda isə dollara tələbat ya AMB-nin ehtiyatları, ya da Neft Fondundan əlavə ayırmalar hesabına təmin edilməlidir. 

Hər iki qurumda ehtiyatların minimum həddində olduğunu nəzərə alsaq, hökümət xarici valyutaya tələbatın azalması üçün əlavə imkanlarından istifadə etməyə çalışır.   

Bu məqsədlə, Maliyyə Nazirliyinin manatla buraxdığı dövlət istiqrazlarına, AMB-nin notları da əlavə edilib. Ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Mərkəzi Bankın 650 milyon manatlıq not emissiyasını qeydə alıb. Bunların 50 milyon manatlıq hissəsi noyabrın 2-də yerləşdirilib. Notlara maraq dövlət istiqrazları kimi olmasa da, banklar notların hamısını alıblar. Qeyd edək ki, Maliyyə Nazirliyinin istiqraz hərracında  istiqrazlara tələbat təklif olunan həcmi 3 dəfə üstələm işdi (22 milyon manatlıq istiqrazı almaq üçün 63 milyon manatlıq sifariş verilmişdi). AMB-nin notlarında isə sifarişlər bel böyük olmayıb (50 milyon manatlıq istiqrazların alınmasına 63 milyon manatlıq sifariş verilib). 

AMB-nin təcili surətdə bazara daxil olması və çoxdan bəri istifadə etmədiyi maliyyə alətini – notları işə çalması baş bankda təcili tədbirlərini görüldyünə işarə edir. Bu üsulla bazardan manat kütləsi yığılır ki, banklar onu dollar almağa yönəlğməsinlər. 

Maraqlıdır ki, AMB-nin elan etdiyi not emissiyasının dollar ifadəsində həcmi valyuta hərraclarında satılan dollar kütləsinin bir aylıq həcminə (təqribən 400 milyon dollara) bərabərdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272