BANK

Bankların dollara olan tələbatı ödənilmir
03 NOYABR
1185

Bankların dollara olan tələbatı ödənilmir

2016-11-03 13:52:00

Bugün keçirilən valyuta hərracından sonra dollar satışında müşahidə olunan qıtlıq davam edir. Fins.az bildirir ki, ölkənin ən iri bankları Kapital Bank, PAŞA Bank, Azər-Türk Bank da daxil olmaqla 6 bank dollar satışını tamamilə dayandırıb. Ölkənin digər bankları isə limitlə 500 dollar satırlar. Dollara tələbatın yüksəlməsi onun məzənnəsinin sürətlə artmasına səbəb olur. 

Qeyd edək ki, valyuta qıtlığının əsas səbəblərindən biri Neft Fondunun hərraca çıxartdığı dollar kütləsini yarıbayarı azaltması ilə bağlıdır. Yəni həftə ərzində bazara 200 milyon dollar çıxaran Fond indi 100 milyon dollar satır. Məlumdur ki, Mərkəzi Bank valyuta resurslarını qorumaq siyasəti yürüdür və bu sbəbdən də öz resurslaını mümkün qədər hərraca çıxartmamağa çalışır. Nəticədə isə bankların tələblərinin tam ödənilməməsi onların da vəziyyəti spekulyasiya etməsinə səbəb olur. 
Hazırda irəli sürdüyü tələbin 60-70-nin ödənildiyini görən banklar növbəti hərrac zamanı tələb paketini süni şəkildə şişirdirlər. Bu da təbii ki, mümkün qədər çox dollar almaq məqsədi daşıyır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272