BANK

Beynəlxalq Bankın sağlamlaşdırılması üçün Moody’s – VAXT AÇIQLADI
03 NOYABR
313

Beynəlxalq Bankın sağlamlaşdırılması üçün Moody’s – VAXT AÇIQLADI

2016-11-03 09:08:00

"Moody’s" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) törəmə bankı olan "Azərbaycan Beynəlxalq Bankı - Moskva"nın yerli və xarici valyutada  uzunmüddətli depozit reytinqini "В3" səviyyəsindən "В2" səviyyəsinə qədər artırıb.

ABB-dən verilən məlumata görə, bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) "b3" pilləsindən "b2" pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də indi "B-2" deyil, daha yüksək olan "B-1" səviyyəsində dəyərləndirilib.

Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.

2016-cı ilin II rübündə "ABB-Moskva"nın nizamnamə kapitalının 2 milyard rubla qədər artırıldığı, beləliklə, bankın kapitalının 70% genişləndiyi qeyd edilir. Agentliyin rəyinə əsasən, 1 sentyabr 2016-cı il tarixə "Bazel III" normativləri üzrə "ABB-Moskva"nın məcmu kapitalının adekvatlığı (Н1.0) və 1-ci dərəcəli kapitalın nisbəti (Н1.2) 22,4% və müvafiq olaraq 8,3%  artıb ki, bu da Rusiya Federasiyası Mərkəzi Bankının tələblərindən yüksəkdir.

"Moody’s" ekspertləri ümid edir ki, ABB-nin kapital artımı və aktivlərinin sağlamlaşdırılması yaxın 12-18 ayda da davam etdiriləcək. Problemli kreditlərinin azalmasına, mənfəətliyinin bərpasına, eləcə də ABB-nin depozit reytinqinin yüksəlməsinə müvafiq olaraq "ABB-Moskva"nın reytinqi daha da yüksələ bilər.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272