BANK

Banklar kapitallaşma ilə bağlı Palatanın mövqeyini gözləyir
02 NOYABR
469

Banklar kapitallaşma ilə bağlı Palatanın mövqeyini gözləyir

2016-11-02 14:19:00

Azərbaycanda bankların əlavə kapitallaşmaya ehtiyacı var. "Bank VTB Azərbaycan”ın Müşahidə Şurasının sədri Mixail Oseyevski hesab edir ki, 2015-ci ildə milli valyutanın şok devalvasiyası Azərbaycanın bank sektoru üçün bir sıra problemlər yaradıb. Artıq devalvasiya öncəsi ölkənin bank sektorunda pul kütləsinin əsas hissəsi, demək olar ki, 80%-i dollarda olub və bu tendensiya hələ də davam edir.

Onun rəyinə görə, devalvasiya səbəbindən yerli bankların 60%-dək müştəriləri kredit müəssisələri qarşısında öhdəliklərin icrası ilə bağlı çətinliklər çəkib və ya problemlərlə üzləşməkdə davam edirlər.

Mixail Oseyevski hesab edir ki, kredit riskləri üzrə icbari ehtiyatların artırılması zərurəti ilə əlaqədar yerli banklar əlavə kapitallaşmaya ehtiyac duyur. “Kapitallaşma üçün səhmdarlara əlavə imkan veriləcək, yoxsa sərt prudensial tələblər irəli sürüləcək, bu məsələ tənzimləyicinin mövqeyindən asılıdır. Hesab edirəm ki, birinci yol daha düzgündür. Banklara əlavə kapitallaşma üçün zaman vermək lazımdır. Bu yalnız bizim mövqeyimiz deyil. Dünən Azərbaycanın digər banklarının səhmdarları ilə görüşdük, onlar da bu fikirdədir ki, zəruri əlavə kapital tapmaq asan məsələ deyil. Bununla əlaqədar kapitala olan tələbi kəskin artırmaq olmaz, əks halda mövcud bankların sayını bazarda saxlamağa müvəffəq olmayacağıq”, - deyə M.Oseyevski vurğulayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275