BANK

Bankomatlarda manat qıtlığı hiss olunur – BANKDAN AÇIQLAMA
02 NOYABR
760

Bankomatlarda manat qıtlığı hiss olunur – BANKDAN AÇIQLAMA

2016-11-02 11:11:00

Noyabrın 1-dən etibarən Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi bankomatlarında manat qıtlığı yaranıb. Fins.az-ın məlumatına görə, bankdan nağd pul çıxarmaq istəyən müştərilər, o cümlədən pensiyaçılar və maaş kartının sahibləri çətinliklərlə üzləşiblər. Bu proses Bakının bir sıra ərazilərində, müştərilərin kütləvi olduğu yerlərdə qeydə alınıb.
Məsələ ilə bağlı ABB-dən fins.az-a bildirilib ki, bəzi bankomatlarda vəsaitin bitməsi əmək haqlarının ödənişi ilə əlaqədar xüsusən ayın ilk günlərində bankomatlar vasitəsilə nağdlaşdırma əməliyyatlarının (bankdan nağd pul çıxarılmasının) kütləviləşməsi ilə bağlıdır.
Bankdan bildirilib ki, bankomatların inkassasiyası mütəmadi şəkildə aparılır, müştərilər qarşısındakı öhdəliklərin yerinə yetirilməsində, o cümlədən nağdlaşdırma əməliyyatlarında hər hansı məhdudiyyətin yaranmaması üçün Bank tərəfindən müvafiq tədbirlər həyata keçirilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275