BANK

“Ziraat Bankası” Azərbaycan bankındakı payını satır
02 NOYABR
656

“Ziraat Bankası” Azərbaycan bankındakı payını satır

2016-11-02 11:08:00

Türkiyənin “Ziraat Bankası”səhmdarı olduğu Azərbaycan bankındakı payını satır çıxır. Fins.az Türkiyə KİV-nə instinadən xəbər verir ki, bu barədə “Ziraat Bankası”nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçiridiyi mətbuat konfransında bildirib. Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər.
H.Aydın“Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır”,- deyib .

Xatırladaq ki, hazırda «Azər-Türk Bank»da Türkiyənin “Ziraat Bankası”nın 13,5%-ə yaxın səhmi var. Bunun 12,4%-i “Ziraat Bankası”na, 1,1% isə “Ziraat Bank İnternational”a məxsusdur.
Türk bankı ilə yanaşı, «Azər-Türk Bank»ın səhmdarları arasında «Qala Həyat» sığorta şirkəti (5%), «Azre» təkrar sığorta şirkəti (6,6%) də var. Bankın səhmlərinin 75%-i isə Əmlak Məsələləri Dövlət Komitəsinin timsalında Azərbaycan Dövlətinə məxsusdur.

Ölkədəki “Ziraat Bank Azərbaycan” isə tam olaraq Türkiyənin “Ziraat Bankası”na məxsusdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272