BANK

“Bank VTB” hansı biznesə kredit ayırmır? – SƏBƏBLƏR
02 NOYABR
258

“Bank VTB” hansı biznesə kredit ayırmır? – SƏBƏBLƏR

2016-11-02 09:38:00

“Azərbaycanda biznes hesabatları tam şəffaf aparılmır. Bu da bizə həmin sahələrə kredit ayrımağa mane olur”. Fins.az xəbər verir ki, bunu “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, biznes strutturlarının hesabatlılığı reallığa uyğun olmur. “Məsələn , bizə müraciət edən sahibkar söyləyir ki, onun gəliri 10 milyon manatdır.

Ancaq hesabları araşdıranda məlum olur ki, cəmi 1 milyondur. Ona görə də biz onlara kredit ayırmaqdan imtina edirik”. “Bank VTB” –nin hansı sahələrə kredit ayırmaqla bağlı planlarına gəlincə, vitse-prezident əsasən, idxalda əsas yer tutan sahələrə yardım etmək niyyətində olduqlarını açıqlayıb.

Bildirib ki, bank əsasən, kənd təsərrüfatı, logistika, tekstil, yeyinti və tikinti sektorlarında məhsul istehsalına kredit ayıra bilər. M.Oseyevski əlavə edib ki, indi “Bank VTB”nin ayırdığı kreditlərin 60%-i biznesə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271