BANK

Neft Fondu bir ayda satdığı dolların məbləğini – AÇIQLADI
01 NOYABR
988

Neft Fondu bir ayda satdığı dolların məbləğini – AÇIQLADI

2016-11-01 14:37:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə Fondun açıqlamasında bildirilir. Qeyd edək ki, Neft Fondu həftədə iki dəfə Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edir. İndiyə qədər Fond hərraclara hər dəfə minimum 100 milyon dollar çıxarırdı. Son açıqlamalar isə göstərir ki, Fond valyuta hərracına çıxartdığı vəsaitlərin miqdarını azaldıb. Belə ki, 1 ay ərzində 4 həftənin olduğunu və hər həftə 2 dəfə hərrac keçirildiyini nəzərə alsaq, təxmini hesablamara görə, Neft Fondu hər dəfə banklara ancaq 45-50 milyon dollar satıb.

Görünür, hərraca çıxarılan vəsaitin belə kəskin azalması elə valyutanın qıtlığının yaranmasına və bahalaşmasına əsas səbəblərdən biridir.   

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275