BANK

Daha 2 bank dollar satışında aktivləşdi
01 NOYABR
1503

Daha 2 bank dollar satışında aktivləşdi

2016-11-01 13:54:00

Hazırda bankların  bir  hissəsi ya dollar satışını dayandırıb, ya da limiti daha da aşağı salıb. Buna baxmayaraq, bəzi banklar noyabrın 1-də xarici valyuta satışına qoyulan limiti artırıb. Fins.az-ın məlumatına görə, söhbət “Bank Avrasiya”dan və “Yapı Kredi Bank (Azərbaycan)” gedir. “Bank Avrasiya” dünən 100-200 limitlə dollar satsa da, bu gün dollar satışı limitsiz həyata keçirilir. Bankda avro satışında isə hər hansı bir dəyişiklik olmayıb. Belə ki, avro satışı əvvəlcədən limitsiz həyata keçirilirdi. “Yapı Kredi Bank (Azərbaycan)” isə dollar və avroya qoyulan limiti   300-dən  500-ə qədər artırıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271