BANK

Azərbaycanda ən populyar bankların – REYTİNQİ
01 NOYABR
980

Azərbaycanda ən populyar bankların – REYTİNQİ

2016-11-01 13:22:00

“Media Consulting and Services” media monitorinq qrupu bu ilin oktyabr ayı ərzində aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların hesabatına yekun vurub.

Şirkətdən fins.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Mediada ən çox adı hallanan bank yenə də Azərbaycan Beynəlxalq Bankı olub. Sonrakı beş yeri bağlanan banklar bölüşüb. Onların sırasında ən çox adı çəkilən “Bank Standard”dır. “Parabank”, “Zaminbank”, “Dekabank” və “Texnikabank” da adı mediada ən çox hallanan banklar sırasındadır. Səbəb isə bu bankların bağlanması və nəticədə yaranan şəraitin medianın gündəmini daha çox zəbt etməsi olub.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275