BANK

Daha bir BOKT-un sahibi dəyişdi
01 NOYABR
258

Daha bir BOKT-un sahibi dəyişdi

2016-11-01 09:41:00

"Pro Kredit" bank olmayan kredit təşkilatının (BOKT) 100% səhmdarı olan Emil Məhəmməd oğlu Məmmədov payını 2 fiziki şəxsə satıb. Bu barədə açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Ramil Məmmədov bildirib.

Bununla belə, o, rəhbərlik etdiyi maliyyə qurumunun yeni səhmdarlarının adlarını açıqlamayıb: "Sadəcə, deyə bilərəm ki, BOKT-un hər birinin nominal dəyəri 1 000 manat olan 500 səhmi bu iki şəxs arasında bərabər bölünüb".

Xatırladaq ki, "Pro Kredit" ASC 2011-ci ildə yaradılıb.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271