BANK

“TuranBank” nizamnamə kapitalını 5 milyon manat artırıb
31 OKTYABR
245

“TuranBank” nizamnamə kapitalını 5 milyon manat artırıb

2016-10-31 10:13:00

“TuranBank” tərəfindən buraxılmış və hər birinin nominal dəyəri 1082 manat olan 4672 ədəd adi, sənədsiz, adlı səhmlər AZ1002005549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Bankdan bildiriblər ki, yerləşdirilmə uğurla başa çatdırılıb, bankın nizamnamə kapitalı 5 001 004 manat həcmində artırılıb. Bununla bankın nizamnamə kapitalı 55 milyon manata çatdırılıb.

Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtlərlə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271