BANK

Dolların "qara bazar"ından – REPORTAJ
31 OKTYABR
4402

Dolların "qara bazar"ından – REPORTAJ

2016-10-31 08:42:00

Ölkədə yenidən dollar qıtlığı yaşanır.
Fins.az xəbər verir ki, BakıPost.az-ın araşdırması nəticəsində məlum olub ki, bankların əksəriyyəti dollar satışından ya imtina edir, yada kı, hazırda pulun olmadığını deyirlər. Baş çəkdiyimiz banklardan yalnız birinin – "Əmrahbank”ın əməkdaşı 400 dolların olduğunu dedi. Dolların satmayan banklardan birinin əməkdaşı deyir ki, bəzi şəxslər həftə ərzində bankdan külli miqdarda dollar alıb.


"Banka pul qoyan şəxslər manat ucuzlaşan kimi verdikləri dolları geri alırlar. Ona görə də həftənin sonuna dollar qalmır. Xüsusi adamlar var ki, gün ərzində 1000 – 2000 arası dollar alır. Bu səbəbdən həftə sonları qıtlıq yaranır”,-deyə bank əməkdaşı bildirib.

Eləcə də bax: Dolların «qara bazarı» ilə bağlı – ARAŞDIRMA BAŞLAYIB

Bank əməkdaşları Mərkəzi Bankın satdığı dolları üzərinə rəsmi olaraq 4% qoyduqlarını bildirdilər. Bankların əksəriyyətində dollar qıtlığı yaşansa da, "28 May” metrosunun ətrafındakı "qara bazarda” vəziyyət tamamilə fərqlidir. Metronun ətrafında bir neçə nəfər yol kənarında dollar satır. Söhbətləşdiyimiz dollar alverçiləri bankların bağlı olmasından və dollar satmamasından heç də narahat deyildilər. Qanunsuz dollar satanlardan biri deyir ki, banklardan aldıqları dolların üzərində elə də çox faiz qoymurlar.

"Banklar hazırda doları 100 dolları 167 manata satırlar. Biz isə 170 manat 50 qəpiyə satırıq. 4 manat baha veririk. Alışı isə 168 manatdır. Məsələn, 500 dollar almaq istəyən 845 manat verməlidir”,-deyə dollar satanlardan biri bildirir. Hazırda dolların rəsmi məzənnəsi 1.6381 –dir.
Metronun ətrafında bir necə yerdə belə qeyri-qanuni dollar "satışı məntəqələri” var. Amma rəsmi olaraq Azərbaycan ərazisində dolların banklardan və müvafiq qurumlar tərəfindən müəyyən olunmuş yerlərdən başqa ərazilərdə satışı qadağandır. Amma bu qadağaya əməl olunmur. Maraqlı məqamlardan biri isə odur ki, bütün bu qanunsuz əməllər polis əməkdaşlarının gözlərinin qarşısında baş verir.

Ərazidə müşahidə apardıqda məlum olur ki, polis əməkdaşları da "dollar dəllaları” ilə əməkdaşlıq edir. Çünki polis bank axtaran müştərilərə "qara bazardakı” dollar satanlara yaxınlaşmağı məsləhət görürlər. Polis əməkdaşı hətta dollar almaq istəyənlərə satışda banklar və "qara bazar” arasında elə də böyük fərqin olmadığını deyir...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275