BANK

"Gəncəbank"ın ləğvedicisi dəyişib
28 OKTYABR
528

"Gəncəbank"ın ləğvedicisi dəyişib

2016-10-28 18:33:00

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Gəncəbank” ASC-nin ləğvedicisi “Azerbaijan International Consulting Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib. 

Əmanətlərin Sığortalanması Fondundan Fins.az-a verilən məlumata görə, qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Fondun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir. 

Ləğv prosesində olan “Gəncəbank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275