BANK

Bank of Bakunun aktivləri azalıb – HESABAT
28 OKTYABR
591

Bank of Bakunun aktivləri azalıb – HESABAT

2016-10-28 14:57:00

Bank of Bakunun aktivləri 38 milyona yaxın və ya 6% azalıb. Fins.az xəbər verir ki, 3 ay ərzində bankın aktivləri 587386,97 min AZN-dən bu il oktyabrın 1-nə 549542,43 min manata düşüb.Bu aktivlərin 21 mln. 873 min manatını nağd vəsaitlər və onların ekvivalentləri,  8 mln. 430 min manatını isə qiymətli kağızlar portfeli təşkil edir. 3-cü rübün hesabatına əsasən bank digər göstəricilərdə də geriləyib. Bankın müştəri depozitləri 306092,03 min manatdan 293861,42 min manata düşüb. 

Bank of Bakunun ümumi ehtiyatıları bu ilin iyun ayının yekununda 12060,72 min manat olduğu halda hazırda 11388,96 min AZN-dir. Bankın cəmi kapitalı isə 14179,79 min AZN geriləyib və 50552,19 min AZN səviyyəsində olub. Bankın nizamnamə kapitalı 52 870.00 min AZN, məcmu kapitalın adekvatlıq əmsalı 12% normaya qarşı 16,88% təşkil edib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272