BANK

Dolların satış limiti azalır – SİYAHI,MƏBLƏĞLƏR
28 OKTYABR
1280

Dolların satış limiti azalır – SİYAHI,MƏBLƏĞLƏR

2016-10-28 12:26:00

Bu gün banklardan 4-ü dollar satışına tətbiq etdiyi limiti dəfələrlə azaldıb. Fins.az-ın araşdırması göstərdi ki, oktyabrın 28-də “Bank Respublika” limiti 16 dəfə azaldıb. Bu günədək 5 000 dollara qədər ABŞ valyutası satırdısa, bu gün limiti 300 dollara endirib.
“Unibank” isə limiti 10 dəfə azaldıb. İndiyədək 5 000 dollaradək ABŞ valyutası satan bankda bu gün limit 500 dollara endirilib. “Azərbaycan Sənaye Bankı” da dollar satışına tətbiq edilən limiti 1000 dollardan 500 dollara endirib “Bank Silk Vey” də bu gündən ABŞ vayutasını limitlə satmağa başlayıb. Bankın baş ofisində 1000 dollar, filiallarda isə cəmi 500 dollar satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272