BANK

Dollar satışından hansı banklar qazanır?
28 OKTYABR
1031

Dollar satışından hansı banklar qazanır?

2016-10-28 10:11:00
Valyuta mübadiləsi bankların gəlir mənbələrindən biridir. Sirr deyil ki, hazırki maliyyə böhranında bank sektorunda valyuta satışından rentabelli xidmət növü də yoxdur. Bir neçə bank isə bu sahədə xüsusi fəallığı ilə seçilir. Fins.az xəbər verir ki, Azərbaycan bankları arasında dolların ən qıt vaxtında belə Amrahbank dollar satması ilə fərqlənir. Hazırda bankın dolların alışına qoyduğu kurs digər bankların kursundan kəskin fərqlənir. Belə ki, hazırda dolların alış kursu 1,68, satışı 1,694-dır. Digər banklar arasında ən yüksək alış kursunda Bank of Baku 1,6620 kursu ilə ikincidir. Beləliklə, bu iki bank əhalidəki dolların konvertasiyasında ən yüksək dövriyyəyə sahibdir. Banklar həm hərracdan aldıqları valyutanı 4 faizlik marjanın ən yüksək həddində əhaliyə satır. Üstəlik, banklar arasında ən yüksək alış kursu tətbiq edərək, əhalidən topladıqları valyutanı da müəyyən faiz əlavə edərək, yenidən satışa çıxarırlar. Bu yolla banklar gəlirlərini artıra bilirlər.  
Qeyd edək ki, dollara olan tələbatın artması nəticəsində banklar valyuta hərraclarından daha çox vəsait əldə etməyə çalışırlar. Mərkəzi Bankın iczaə verdiyi 4 faizlik marja daxilində valyutanı satışa çıxaran banklar arasında kurs üzrə dəyişikliyə baxsaq, həm də dolları yığmaqda maraqlı olan bankları asanlıqla görmək olar. 
O da məlumdur ki, həftə ərzində valyuta hərraclarında banklara minimum 200 milyon dollar satılır. Təxmini hesablasaq, banklar həftə ərzində valyuta satışından 400 min gəlir götürə bilirlər.         
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272