BANK

“Parabank” nə vaxt yenidən işə düşəcək?
28 OKTYABR
339

“Parabank” nə vaxt yenidən işə düşəcək?

2016-10-28 10:02:00

Gələn ilin əvvəlindən etibarən “Parabank” BOKT kimi fəaliyyətə başlayacaq.

Bu haqda ləğvetmə prosesində olan Bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov bildirib.

Onun sözlərinə görə,  BOKT əvvəlki filial şəbəkəsi və işçi heyəti ilə fəaliyyətinə davam edəcək.

“Bankın BOKT-yə çevrilməsindəki ilk mərhələ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) icazə verməsi ilə geridə qalıb. Növbəti addımlar isə qısa müddətdə yekunlaşacaq”  – deyə  R. Hüseynov vurğulayıb.

Xatırladaq ki, “Parabank” lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən ləğv olunmuşdu.

Mənbə: BBN.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270