BANK

Mərkəzi Bank depozit hərracından 50 mln. manat götürmək niyyətindədir
27 OKTYABR
424

Mərkəzi Bank depozit hərracından 50 mln. manat götürmək niyyətindədir

2016-10-27 16:20:00

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də növbəti depozit hərracı keçirəcək. Bu barədə  AMB-dən məlumat verilib.

"Mərkəzi Bank oktyabrın 31-də keçirəcəyi növbəti depozit hərracında 28 gün müddətinə 50 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.

Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-oktyabr aylarında keçirilmiş 17 hərracda bank 1 ay müddətinə 763,5 mln. manat cəlb edib.

Mənbə: İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275