BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
27 OKTYABR
1736

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-10-27 12:38:00

Oktyabr ayının 27-da  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Amrahbank”dır. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.6750 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə “Yapı Kredi Bank ” dır. Bu bankda dolların alış qiyməti 1.5641 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti isə “Azər-Türk Bank”da və “Azərpoçt”da tətbiq edilir-  1.6800 manat. Ancaq  bu bank bu gün dollar satışını dayandırıb. Ona görə də bu gün ən ucuz dolları “Azərpoçt”dan ala biləcəksiz.    

Dolların ən yüksək satış qiyməti isə 1.6943 manatdır. Bu gün “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

  Avro qiymətləri 

Avronu ən baha  satan Azərbaycan Beynəlxalq Bankıdır. Bu bankda Avropa  valyutası 1.8463 manata satılır.  Avronu ən ucuz  İran Milli Bankının Bakı filialı satır -1.8300 manat.

Avronu  ən ucuz alan isə “Yapı Kredi Bank”dır -1.7045 manat.    Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro  1.8250 manata alınır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271