BANK

Bankın öhdəlikləri azalıb – HESABAT
27 OKTYABR
480

Bankın öhdəlikləri azalıb – HESABAT

2016-10-27 11:37:00

Caspian Development Bank (CDB) bu ilin üçüncü rübü üzrə hesabatını açıqlayıb. Hesabata görə, bankın cəmi faiz gəlirləri 6,712.45 min AZN təşkil edib. Fins.az bildirir ki, bunun 6,107.82 manatı kreditlər üzrə faiz gəlirləridir. Digər faiz gəlirlərində mədən və emal sənayesinə ayrılna kreditlər üzrə faiz daxilolmaları üstünlük təşkil edir. Bankın qeyri-faiz gəlirləri 4,692.71 min manat olub. Vergilər ödənilənədək mənfəəti 10,528.32 min AZN təşkil edib. CDB mənfəətdən vergi ödəməyib və beləliklə 10,528.32 min AZN xalis mənfəət olaraq bankın sərəncamında qalıb.

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar -4,631.35 min manatdır. Kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar isə 4,640.25 min AZN olub. Bankın cəmi xərcləri 10139,55 min AZN-dir. Ötən 3 ayda bankın aktivləri 4420,min AZN artaraq 124503 min AZN-ə çatıb. CDB-nin məcburi ehtiyat tələbi 306,72 min AZN-dən 313 min AZN-ə yüksəlib. Kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün məqsədli ehtiyatları 21439 min AZN olub. İyul-avqust-sentyabr aylarında bank müştərilərə 7376 min AZN kredit verib və cəmi kredit portfeli 114639,57 min AZN-ə yüksəlib. Bankın öhdəliklərində isə əksinə azalma baş verib. Belə ki, hesabat dövründə bankın öhdəlikləri 600,36 min azalaraq 54846 min AZN-ə düşüb.

Bankın depozitləri ötən 3 ayda cəmisi 1293,11 min AZN artaraq 34 110,35 min manata çatıb. Depozit portfelində tələbli depozitlərin tutumu artıb, ancaq müddətli depozitlərin həcmi nəzərəçarpacaq dərəcədə azalıb. Belə ki, fiziki şəxslərin müddətli depozitləri 26754,93 min AZN-dən 23241,34 min AZN-ə düşüb. Hüquqi şəxslərin müddətli depozitləri isə 531 min manat azalıb və 2431.65 minə qədər enib. Depozit portfelində ən çox artım fiziki şəxslərin tələbli depozitlərində olub - 3102 min manat artaraq 5124 min manat təşkil edib. Hüquqi şəxslərin tələbli depozitləri 1077,69 min AZN-dən 3313.41 min AZN-ə yüklsəlib. Nəzərə alsaq ki, məhz müddətli depozitlər bank üçün strateji əhəmiyyət daşıyır, bu halda CBD Bankdakı mövcud vəziyyəti müsbət tendensiya hesab etmək olmaz.

Bankın 3-cü rübün sonunda cəmi kapitalında isə 5 milyon aratım müşahidə olunub və bu göstərici 69657 min AZN-ə çatıb.       
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270