BANK

“Bank Standard”ın əmanətçilərinə ödəniş 340 milyon manata yaxınlaşdı
27 OKTYABR
262

“Bank Standard”ın əmanətçilərinə ödəniş 340 milyon manata yaxınlaşdı

2016-10-27 10:13:00

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb. Fonddan Fins.az-a verilən məlumata görə, oktyabrın 26-da 10 bankın qorunan əmanətçilərinə 6 milyon 336 min manat kompensasiya verilib.“Parabank”ın qorunan əmanətçilərinə 1 milyon 646 min manat, "Zaminbank"ın qorunan əmanətçilərinə min manat, "Kredobank"ın qorunan əmanətçilərinə 3 milyon 054 min manat və "Atrabank"ın əmanətçilərinə 30 min manat kompensasiya ödənilib.

"Bank of Azerbaijan"ın qorunan əmanətçilərinə 19 min manat, "Gəncəbank"ın qorunan əmanətçilərinə 20 min manat ödənilib. Oktyabr ayının 26-da ən böyük kompensasiya "Bank Standard"ın əmanətçilərinə verilib. Bankın əmanətçilərinə 6 milyon 336 min manat ödənilib. 

Ümumilikdə Fond tərəfindən ödənilən kompensasiyaların həcmi 10 bank üzrə 623 mln. 736 min manatdan təşkil edib.

N

Bankların adı

Qaytarılan əmanətlərin həcmi (26 oktyabra qədər)

Qaytarılan əmanətlərin həcmi (26 oktyabrda)

1

“Parabank”

34 milyon 582 min

1 milyon 646 min

2

“Zaminbank”

51 milyon 026 min

 Min 

3

“Kredobank”

26 milyon 136 min

3 milyon 054 min

4

“Dekabank”

2 milyon 858 min

-

5

“Atrabank”

14 milyon 140 min

30 min

6

“Qafqaz İnkişaf Bankı”

 1 milyon 876 min

-

7

“Bank of Azerbaijan”

24 milyon 117 min

19 min

8

“Texnikabank”

119  milyon 978 min

-

9

“Bank Standard”

348 milyon 048

6 milyon 336 min

10

 “Gəncəbank”

969 min

20 min

11

Cəmi

623 milyon 736 min

11  milyon 106 min

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271