BANK

Əmanətlərin faiz dərəcəsinə yenidən baxıla bilər – RƏSMİ AÇIQLAMA
26 OKTYABR
1094

Əmanətlərin faiz dərəcəsinə yenidən baxıla bilər – RƏSMİ AÇIQLAMA

2016-10-26 16:22:00

Qorunan əmanətlərin faiz dərəcəsinə yenidən baxıla bilər. Söhbət banklara manatla qoyulan depozitlərdən gedir. Bu barədə fins.az-a Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov deyib.Onun sözlərinə görə, hər rübün sonunda əsas faktorlar nəzərə alınaraq Fondun Himayəçilər Şurası bununla bağlı müzakirə aparır. Daha sonra qorunan əmanətlər üzrə faiz dərəcəsi ilə bağlı qərar qəbul edilir. O bildirib ki,əmanətlərin faiz dərəcəsi ilə bağlı növbəti müzakirə 3-cü rübün nəticələri açıqlanandan sonra aparılacaq. Nəticədə faiz dərəcəsinin artırılıb-artırılmayacağı məlum olacaq. 

Qeyd edək ki, hazırda qorunan manat əmanətləri üzrə faiz dərəcəsi 15%, dollar əmanətləri üzrə 3% təşkil edir. 

Qeyd edək ki, bəzi mütəxəssislər manat üzrə faiz dərəcəsini 18%-ə qaldırmağı təklif edirlər. Onların fikrincə, bu faiz dəhlizi əhalini maraqlandıracaq və onlar əllərinə düşən manatı dəyişmək üçün dollar axtarmayacaq, əksinə elə manatda  saxlayaraq gəlirliyini artıra biləcəklər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271