BANK

Manat üçün yeni təhlükə – KOMPENSASİYALAR
26 OKTYABR
2668

Manat üçün yeni təhlükə – KOMPENSASİYALAR

2016-10-26 16:11:00

Bağlanan bankların bəzi müştəriləri iri əmanətlərin qaytarılmasının dayandırıldığını bildirirlər. Lisenziyası ləğv edilən “Zamin Bank”ın müştəriləri fins.az-a müraciət edərək iri məbləğli əmanətlərini ala bilmədiklərini deyiblər. Daha dəqiq desək, söhbət 20 min və bundan yüksək olan əmanətlərdən gedir. 

Məsələ ilə bağlı iqtisadçı ekspertlər hesab edirlər ki, iri əmanətlərin qaytarılması ilə bağlı yaranan məhdudiyyət bazara kütləvi şəkildə manat kütləsinin buraxılmasının qarşısının alınması ilə bağlı ola bilər. Qeyd edək ki, oktyabr ayının 26-na qədər Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın qorunan əmanətçilərinə 612 mln. 644 min manatdan artıq kompensasiya ödənilib. Bu isə bazarda əlavə dollar tələbatı yaradır və onsuzda ucuzlaşmaqda olan manatın məzənnəsinin qorunmasında çətinlikləri artırır.

Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov fins.az-a açıqlamasında iri əmanətlərin qaytarılması ilə bağlı hər hansı problemin olmadığını  deyib. Onun sözlərinə görə, fəaliyyətini dayandıran bankların bəzi müştərilərinin iri əmanətləri ala bilməməsi hesabların bloklanması ilə bağlı ola bilər: “Ola bilsin ki, bəzi əmanətçilərin kredit ödənişi və ya kredit kartı ilə bağlı hər hansı problem yaranıb. Bu hallarda hesab bloklandığı üçün əmanətin qaytarılması dayandırıla bilər”.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271